Cəmiyyət

Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı açıqlandı – FOTO

Aktiv xəstə sayı 2 069 nəfərdir.

Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı açıqlandı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 29-na olan statistik göstəriciləri açıqlayıb.

7times.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 384 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 910 890  test aparılıb. İndiyədək   529  nəfər COVID-19-dan dünyasını dəyişib, 36 174  nəfər  xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 069 nəfərdir. Hazırda 140  nəfər reanimasiyada müalicə alır. 16  nəfər isə süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, bu gün Azərbaycanda 188  yoluxma, 115 sağalma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib.