Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1690 yeni yoluxma faktı qeydə alınıb, 713 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az–a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 254370 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 235606 nəfər müalicə olunaraq sağalıb, 3464 nəfər vəfat edib, aktiv xəstə sayı 15300 nəfərdir.
Ölkədə son sutka ərzində 9670 hazırkı dövrədək isə 2826454 test aparılıb.
Follow @7timesaz