Azərbaycanda ölkə üzrə koronavirusa ən çox yoluxma yenə də Bakıda qeydə alınıb – 53,7 faiz.
7times.az xəbər verir ki, bu barədə koronavirusinfo.az saytında məlumat verilib.
Aran rayonlarında yoluxma 12,9 faiz, Abşeronda 12,4 faiz, Gəncə-Qazaxda 7,8 faiz, Şəki-Zaqatalada 3,5 faiz, Quba-Xaçmazda 2,9 faiz, Lənkəranda 2,7 faiz, Dağlıq Şirvanda 2,4 faiz, Yuxarı Qarabağda 1,4 faiz və Naxçıvanda yoluxma 0.04 faiz təşkil edir.
Ölkəxarici yoluxma 0,3 faizdir.
Ümumi yoluxanların 51 faizini qadınlar, 49 faizini isə kişilər təşkil edir.
Follow @7timesaz