Koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7times.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə həyata keçirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində Sumqayıtdan Astaraya qanunsuz olaraq sərnişin daşıyan mikroavtobus sürücüsü saxlanılıb.
Abşeron rayon sakini R.Həsənovun xüsusi karantin rejimi qaydalarını pozaraq idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobusla qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb. Onun idarə etdiyi nəqliyyat vasitəsi Astara RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılarkən orada 18 sərnişinin olduğu müəyyən edilib.
Sürücü R.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib olunur.
Follow @7timesaz