Cəmiyyət

Kamran Əliyev bu şəxslərin şikayətlərini nəzarətə götürdü – YENİLƏNİB

Kamran Əliyev bu şəxslərin şikayətlərini nəzarətə götürdü – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Baş Prokurorluqda Baş Prokuror Kamran Əliyevin Vətən müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvləri ilə görüşü olub.

Baş Prokurorluğun mətbuat xidmətindən 7times.aza bildirilib ki, görüş zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ilə söhbətlər aparılıb, onların şikayətləri dinlənilib.

Ailə üzvləri tərəfindən səsləndirilmiş şikayətlər qeydiyyata alınaraq hər biri Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Əsas və ağrılı problemlərimizdən biri olan itkinlərin axtarışı məsələsində mövcud problemlərin həlli ilə bağlı mümkün olan bütün imkanlardan istifadə ediləcəyi bildirilib.

13:01

Bu gün Vətən müharibəsində itkin düşmüş bir neçə hərbçinin valideyni Prezident Aparatının qarşısına toplaşıb. 

7times.az xəbər verir ki, valideynlər övladlarından 7 aydır xəbər ala bilmədiklərini qeyd ediblər.

Hazırda baş prokuror Kamran Əliyev də valideynlərin toplaşdığı yerə gəlib. O, valideynləri dinləmək üçün qəbula aparacağını vurğulayıb.

K. Əliyev bildirib ki, bütün dövlət qurumları Prezidentin tapşırığı ilə bu işlə məşğuldur: “Biz işləyirik, nəticələri də görünür.  Mən sizə hansı işlər görüldüyünü deyəcəyəm. Onlar hamısı bizim balalarımızdır. Bu, hamımızın ağrılı yerimizdir. Xahiş edirəm ki, gəlin, qəbula gedək”.

Qeyd edək ki, K.Əliyev bundan öncə də bir dəfə Vətən müharibəsində itkin düşən şəxslərin ailə üzvləri ilə görüşüb.