İTV-nin keçmiş departament direktoru Rauf Rəcəbova “Space”də vəzifə verilib.
7times.az xəbər verir ki, o, “Hər Səhər” proqramına rəhbər təyin olunub.
“Hər Səhər” yeni studiyada və yeni dekorasiya ilə efirə çıxır. İlk veriliş şəhidlərə, qazilərə və Şuşaya həsr olunub.
Qeyd edək ki, Rauf Rəcəbov 1993-2005-ci illərdə AzTV-də müxtəlif vəzifələrdə çalışıb.
2005-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması və idarə edilməsinə cəlb edilib və Direktorlar Şurasının üzvü olub.
2011-2013-ci illərdə İctimai Televiziyanın “Carcıfilm” Yaradıcılıq Birliyinin direktor müavini və baş redaktoru, 2013-2015-ci illərdə İctimai Televiziyanın Səhər Proqramları Departamentinin direktoru vəzifəsində işləyib.
Daha sonra İTV-nin İnformasiya Departamentinin direktoru, 2016-cı ilin sentyabr ayından 2017-ci lin iyun ayınadək İctimai Televiziyanın “Carcıfilm” Yaradıcılıq Birliyinin direktoru olub.
2019-2021-ci illərdə “APA TV”nin Proqram direktoru vəzifəsində çalışıb.
Follow @7timesaz