7times.az xəbər verir ki, Siyəzən şəhər Tofik İsmayılov küçəsində yerləşən 49 saylı binanın sakinləri yaşadıqları binanın bağ hissəsinin satılmasına etiraz edir. Onlar bir müddət əvvəl həmin ərazidə yeni yaşayış binasının tikilməsi xəbərini eşidiblər. Uzun illər bina sakinlərinin ümumi istifadəsində olan həmin ərazi yerli sahibkarların birinə satılıb və Siyəzən Rayon icra hakimiyyətinin məlum torpaq sahəsində tikinti aparılması ilə bağlı sərəncamı var. Elə icra hakimiyyətinə edilən müraciətlər zamanı sakinlərə bu barədə məlumat verilib.
“İcra başçısının qəbuluna getdik. Bizə narahatlıq üçün heç bir səbəb olmadığı bildirildi. Dedilər ki, o torpaq sahəsində inşa olunacaq istənilən tikilinin nə binaya, nə də ətraf əraziyə bir maneəçiliyi yoxdur”.
Sözügedən məlum torpaq sahəsi şollar su kəmərinin kənarında yerləşir. Amma tikintiyə sərəncam verilərkən həmin su kəmərinin mühafizə zolağı nəzərə alınmayıb. Sakinlərlə torpaq sahəsinin hazırki sahibi arasında dəfələrlə mübahisə yaşanıb. Onların bütün cəhdlərinə baxmayaraq ərazidə olan ağacların qırılması davam etdirilir. Bina sakinləri ötən ay məsələ ilə bağlı ölkə başçısı İlham Əliyevlə yanaşı daha 10 nazirlik və dövlət qrumuna müraciət edib.
7times.az
Follow @7timesaz