İqtisadiyyat

Azərbaycanın pandemiya ilə mübarizədə xərclədiyi və xərcləyəcəyi “dodaq uçuqladan” vəsait – DEPUTATDAN AÇIQLAMA

Azərbaycanın pandemiya ilə mübarizədə xərclədiyi və xərcləyəcəyi “dodaq uçuqladan” vəsait – DEPUTATDAN AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COVİD-19 virusu dünya əhalisinin müəyyən qisminin istər sosial, istərsə də iqtisadi çətinliklərlə üzləşdirdi. Məhz pandemiya səbəbindən də müxtəlif beynəlxalq təşkilatlar tərəfindən işsizlik göstəricisinin artımı ilə bağlı müəyyən proqnozlar verildi. BMT-nin ötən ilki bəyanatına əsasən 2020-ci ilin ilin ikinci rübündə koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklər nəticəsində təxminən 195 milyon iş yeri ixtisara salındı. Adıçəkilən təşkilatın pandemiyadan sonra ölkələrin sosial-iqtisadi vəziyyətinin yaxşılaşması ilə bağlı hazırladığı “Yol xəritəsi”ndə qeyd olunan bu rəqəm deməyə əsas verdi ki,  “COVID-19-un səbəb olduğu böhran, dünyada qlobal iqtisadiyyatın vəziyyətini pisləşdirdi, işsizliyin səviyyəsini təbii həddən yuxarı qaldırdı.Təbii ki, BMT-nin bu açıqlaması ölkəmizə də təsirsiz ötüşmədi. Lakin ökə başcısının tapşırığına əsasən Azərbaycan hökuməti bununla bağlı tədbirlər planı hazırladı.

Məsələyə münasibət bildirən YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, millət vəkili Elman Nəsirov 7times.az saytına açıqlamasında qeyd etdi ki, təkcə ötən il pandemoya ilə mübarizəyə dövlət büdcəsindən 644 milyon manat vəsait xərcləndi.

“Bu bir həqiqətdir ki, koronavirus pandemiyası təkcə insan canı almır, həm də dünya iqdisadiyyatına da çox böyük ziyan vurub.Elə bir  ölkə yoxdur ki, koronavirus pandemiyasının yaratdığı iqdisadi fəsadlarla üz-üzə qalmasın.

Bu baxımdan Azərbaycan da istisna təşkil etmir. 2020-ci ilə olan məlumata görə məhz koronavirus pandemiyası ilə birbaşa mübarizə ilə bağlı 644 milyon manat vəsait xərclənib.

 Millət vəkili həmçinin pandemiya ilə  mübarizə  tədbirləri çərçivəsində  bu ayrılan vəsaitdən də  danışdı.

 Eyni zamanda pandemiyanın ayaratdığı iqdisadi fəsadların aradan qaldırılması üçün-sahibkarlara, işini itirən şəxslərə dəstək məqsədilə 2.5 milyarda manat vəsait xərclənib.Bu ilin büdcəsində pandemiya ilə mübarizə məqsədilə 261 milyon manat vəsait ayrılıb.Deməli il ərzində  bu bəla ilə mübarizə həyatımızın əsasını təşkil edəcək”

AYTƏN SAKİTQIZI