Redaksiyanın seçimi

Məktəblərin açılması yoluxma sayını artıra bilərmi? – Deputat gözlənilən təhlükədən danışdı

Məktəblərin açılması yoluxma sayını artıra bilərmi? – Deputat gözlənilən təhlükədən danışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sentyabrın 15-də bütün ölkə üzrə yeni tədris ilinə start veriləcək. Pandemiya dönəmində cəmiyyətin üzərinə düşən ən böyük vəzifə sosial məsuliyyət nümayiş etdirmək və müəyyən olunmuş qaydalara maksimum əməl etməkdir”.

Bunu 7times.az-a Milli Məclisin deputatı Sevil Mikayılova deyib. O, bildirib ki, hələ pandemiya elan edildiyi ilk günlərdən Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə bir sıra mühüm qabaqlayıcı tədbirlərə başlanılıb. Doğru seçilmiş tədbirlər, atılmış addımlar, eyni zamanda bu məsələdə vətəndaş həmrəyliyi koronavirusun yayılması dinamiskası ilə bağlı statistikada öz müsbət təsirini göstərdi.

“Doğru verilmiş qərarlardan biri də hələ mart ayından bütün təhsil müəssisələrində tədrisin dayandırılması ilə bağlı oldu, bundan sonra onlayn təhsilə keçid oldu və bu mənada bizim təhsil sahəsində itkilərimiz böyük olmadı, artıq ali məktəblərə qəbul imthanları da uğurla həyata keçirildi. Qarşıdan yeni dərs mövsümü yaxınlaşır və məktəblərdə təhsilin başlanılması ilə bağlı qərar verilib. Bizim hər birimiz, daha çox təhsil müəssisələri rəhbərliyi və müəllim heyətinin, valideyn, şagird və tələbələr koronavirusla mübarizədə nail olduğumuz müsbət dinamikanı qoruyub saxlamağa çalışmalıyıq. Bunun üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da öz tövsiyələrini açıqlayıb, bunun əsasında tədrisin mərhələli şəkildə başlanması və digər vacib qaydalar hazırlanıb. Bunlara mütləq şəkildə əməl olunmalıdır” – deyə millət vəkili əlavə edib.

Sevil Mikayılova vurğulayıb ki, şagirdlərin və müəllimlərin üzərinə çox sadə vəzifə düşür:

“Qoruyucu maskalardan istifadə etməli, məktəblər dezinfeksiyaedici məhlullarla təchiz edilməli, əllər daim yuyulmalı və sosial məsafəyə riayət olunmalıdır. Əlbəttə, ÜST tərəfindən, həkim mütəxəssislər tərəfindən uşaqların COVİD-19 virusuna yoluxmada risk qrupu altına az düşmələri fikri səsləndirilir, amma bu, heç kəsi arxayın salmalı deyil. Bu o demək deyil ki, uşaqlar xəstələnmir. Əksinə, xəstəliyi daha çox yüngül və simptomsuz keçirən uşaqlar müəllim heyəti, evdə valideynləri üçün təhlükə ola bilərlər. Ona görə, hər kəs koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində müəyyən olunmuş qaydalara mütləq şəkildə əməl etməlidir. Beləliklə, sağlamlığımızı qorumaq və koronavirusun yayılmaması üçün vətəndaş məsuliyyəti göstərməliyik”.

Cəlal Fərzəliyev

7times.az