İqtisadiyyat

Parlamentdə büdcə icrası müzakirə edilib – Yenilənib

Parlamentdə büdcə icrası müzakirə edilib – Yenilənibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

7times.az xəbər verir ki, iclasa maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmilər qatılıb.

***

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxışında bildirib ki, dövlət büdcəsinin gəlirləri gözləniləndən 2,3% çox, xərcləri isə 3,9% az icra olunub. O, qeyd edib ki, aparılmış qabaqlayıcı tədbirlər sayəsində iqtisadiyyatda geriləmənin qarşısını tam almaq mümkün olmasa da, bəzi sektorlarda artım əldə olunub: “Belə ki, kənd təsərrüfatında, qeyri-neft sənayesində, informasiya texnologiyaları, nəqliyyat kimi sektorlarda nail olunmuş yüksəliş Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. Real vəziyyət proqnozlardan daha üstün olub”.

***

Maliyyə naziri Samir Şərifov isə çıxışında vurğulayıb ki, bu müddət ərzində ölkə iqtisadiyyatı 2 böyük şokla qarşılaşıb: “Bunlardan biri pandemiya, ikincisi isə dünya bazarlarında xam neftə tələbatın azalmasıdır. Qeyd olunan proseslər iqtisadiyyata mənfi təsir göstərib. Dövlət büdcəsinin xərc strukturunda əhəmiyyətli dəyişiklik edilib. Bir sıra sahələrdə xərclərin kifayət qədər azalması baş verib. Bu sahələr üzrə 431,1 milyon manat qənaət olunub. 16 milyard 657 milyon manat cari xərclərə sərf edilib. Səhiyyə xərcləri ümumilikdə 613 milyon manat təşkil edib. İqtisadi subyektlərə 813 milyon manat vəsait yönəlib. Pandemiyadan zərərçəkmiş sahibkarlara 269 milyon manat vəsait verilib. 117 milyon manat vəsait isə fərdi sahibkarlar üçün ayrılıb. Ölkədə tikinti sahəsinə təkan vermək üçün 90 milyon manat vəsait ayrılıb”.

***

Dövlət büdcəsinin icrasına dair sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.