Bakıda avtomobillərini park edən bir qrup sürücü qeyri-adi şəkildə cərimələnib.
7times.az xəbər verir ki, bu barədə Orxan Ağayev adlı istifadəçi “Facebook”da paylaşım edib.
Şikayətçi bildirib ki, 10 dəqiqə əvvəl Zərifə Əliyeva küçəsi ilə Bül-Bül prospektinin kəsişməsində yerləşən əraziyə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən “dayanmaq qadağandır” nişanı quraşdırılıb.
Bundan sonra isə ərazidə park olunan avtomobillər cərimə edilməyə başlanılıb. Baku.ws
Follow @7timesaz