İqtisadiyyat

“Kredit ittifaqları haqqında” qanuna dəyişiklik edildi

“Kredit ittifaqları haqqında” qanuna dəyişiklik edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kredit ittifaqları haqqında” qanuna yeni maddənin əlavə edilməsi təklif edilib. 

7times.az xəbər verir ki, təklif edilən 15.1-ci maddəyə əsasən kredit ittifaqı tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” qanunla tənzimlənəcək. Belə ki, Kredit İttifaqı hər il borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir.

Qanun layihəsinə təklif edilən dəyişiklik birinci oxunuşda səsə qoyularaq qəbul edilib.