YAP Qusar rayon təşkilatının nümayəndələri Vətən müharibəsinin şəhidi Əhmədov Tural İzətulla oğlunun ailəsini ziyarət etmişdir.
7times.az xəbər verir ki, bu gün – 5 iyun tarixində Vətən müharibəzi zamanı şəhidlik zirvəsinə ucalmış Əhmədov Tural İzətulla oğlunun doğum günüdür. Yaşasaydı 20 yaşı tamam olacaqdı Turalın.
Qeyd edək ki,Əhmədov Tural İzətulla oğlu 5 iyun 2001-ci il tarixində Qusar rayonun Mucuq kəndində anadan olmuşdur. 44 günlük Vətən müharibəsinin şəhidi Tural Əhmədov torpaqlarımızın yağı düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə “Vətən uğrunda” və “Cəcur döyüşçü” medalları ilə təltif edilmişdir. Ad günündə YAP Qusar rayon təşkilatının nümayəndələri şəhid Tural Əhmədovun ailəsini ziyarət etmişdir.Söhbət zamanı şəhidin anası Elza Əhmədova Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə göstərdikləri qayğıdan razı olduqlarını bildirmişdir. Görüşdən sonra şəhidin ailə üzvləri,yaxınları və ictimaiyyət nümayəndələri ilə birlikdə təşkilatın fəalları şəhid Tural Əhmədovun məzarını ziyarət etmiş və xatirəsini ehtiramla yad etmişdir.
Follow @7timesaz