Cəmiyyət

Hər il koronavirus əleyhinə vaksin vurdurmalıyıq?

Hər il koronavirus əleyhinə vaksin vurdurmalıyıq?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təxminən 7 aydır davam edən koronavirusa qarşı vaksinasiyada doza məsələsi müzakirə olunarkən, araşdırmaçılar hər il əlavə aşı dozasına ehtiyac olmadığımızı bildiriblər.

7times.az xəbər verir ki, “Associated Press”in xəbərinə görə, “BioNTech/Pfizer və Moderna” vaksinindən istifadə edilən mRNA teknologiyasında antitellərin azalmasından sonra da peyvənd qoruyucu təsirə malikdir.

ABŞ-lı mütəxəssislər isə dəstəkləyici dozalara hər il ehtiyac duyulmacağını vurğulayıblar.

Qeyd edək ki, mütəxəssislər hələki bunu deməyin erkən, daha çox araşdırmanın aparılmalı olduğunu deyiblər. Yenisabah.az