Cəmiyyət

Təyyarədə əl yükünün daşınmasına icazə verildi – Qərar

Təyyarədə əl yükünün daşınmasına icazə verildi – Qərarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda təyyarədə sərnişinlərə əl yükünün daşınmasına qoyulan qadağa ləğv edilib.

7times.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”a etdiyi dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qərara əsasən, aviaşirkətlərin bütün reyslərində əl yükünün daşınmasına icazə verilmirdi. Aviaşirkətin qaydalarına əsasən yalnız aşağıdakı şəxsi istifadə əşyalarının əl yükü kimi daşınmasına yol verilirdi:

– qadın əl çantası və ya kişi portfeli;

– ölçüləri 30x35x10 sm-dən böyük olmayan foto/videokamera;

– portativ kompüter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir);

– üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);

– gül dəstəsi;

– uşaqlarla uçuş zamanı uşaq yeməyi və uşaq yol beşiyi;

– çətir;

– uçuş zamanı oxumaq üçün qəzet, jurnal və digər materiallar;

– ev heyvanlarının daşınmasını tənzimləyən müvafiq qaydalara riayət etməklə ev heyvanlarının daşınmasına icazə verilir.

Dəqişikliyə əsasən isə artıq məhdudiyyətlər aradan qaldırılır, əl yükünün daşınmasına icazə verilir.