Cəmiyyət

Bu müəllimlər sertifikasiyadan keçməyəcəklər

Bu müəllimlər sertifikasiyadan keçməyəcəklərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müəllimlərin sertifikasiyasını bu il pilot olaraq keçirməkdə israrlıyıq. Bu, təhsildə keyfiyyətin artırılmasına xidmət edir”.

7times.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

“Aətən müəllimlər 20 yaşlarından başlayaraq dərs deməyə başlayırlar və bir çox hallarda 40 il dərs deyirlər. Bir ibtidai sinif müəllimi orta hesabla 10 sinifə dərs deyir, bu isə təxminən 250 şagird deməkdir, digər fənn müəllimləri isə yüzlərlə şagirdə dərs deyir. Əgər pandemiya imkan versə, sertifikasiyanı keçirmək istəyirik. Yeganə ləngimə səbəbi pandemiya ola bilər. Ümidliyik ki, pilot olaraq sertifikasiyanı payıza doğru keçirə bilərik. Ola bilər ki, bu, kiçik qrup olsun. Pedaqoji heyət üçün müxtəlif sınaqların, sessiyaların keçirilməsinə də çalışacağıq. Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq yox, onları daim inkişafda saxlamaqdır. Birinci il keçməyən müəllimlər, il ərzində ikinci dəfə sertifikasiyadan keçə bilər. Proses humanist əsaslarla hazırlanıb. Sertifikasiyada yaş həddi də nəzərə alınacaq. İşə yeni qəbul olan müəllimlər 5 il sertifikasiya olmayacaqlar, yuxarı yaş həddində olan müəllimlər də yəqin ki, ilk mərhələdə sertifikasiyadan keçməyəcəklər”, – deyə təhsil naziri bildirib.