Cəmiyyət

İcra başçısı gilas bağları ilə tanış oldu – Fotolar

İcra başçısı gilas bağları ilə tanış oldu – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazın gilas bağlarında məhsul yığımı davam edir.

7times.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Qoçaqlı kəndində gilas bağları ilə tanış olub.

Azərbaycanda meyvəçiliyin inkişaf etdirilməsi hal-hazırda qarşıda duran əsas vəzifələrdəndir. Ölkədə aqrar sahə ilə bağlı qəbul olunan dövlət proqramlarında meyvəçiliyin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Məhz bu məqsəd ilə bazarın tələbinə uyğun məhsul istehsalının artırılması və əhalinin mühüm ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün əməli işlər görülür. Xaçmaz rayonunda da son illər ərzində meyvəçilik sahəsinin inkişafında müsbət nəticələr əldə edilib. Xüsusi ilə yeni gilas bağlarının salınmasına maraq artıb. Hazırda rayon ərazisində 2508 hektar gilas bağı var. Onlardan 1856 hektarı bar verəndir. Bu bağlarda orta məhsuldarlıq hər il bir hektara 11 ton olur. Ötən il bağlardan 19 min tona yaxın gilas yığılıb.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Qoçaqlı kəndində salınan gilas bağlarında aparılan məhsul yığımı ilə tanış olub və yerli fermerlərin qayğıları ilə maraqlanıb. Rayon rəhbərliyi kənd ağsaqqaları ilə səmimi söhbət zamanı, dövlət tərəfindən həyata keçirilən aqrotexniki dəstək mexanizmləri barədə ətraflı məlumat verib. Meyvə bağlarının su təminatının yaxşılaşdırılması və yeni sahələrin əkin dövriyyəsinə cəlb edilməsi üçün su təsərrüfatı obyektlərinin təmiri, bərpası, yenidən qurulması sahəsində rayonda aparılması nəzərdə tutulan layihələrdən danışıb. Bildirib ki, prezident İlham Əliyevin sərəncamı ilə Xaçmaz rayonunda suvarmanı yaxşılaşdırmaq məqsədi ilə qazılacaq 5 subartezian quyusu kənd təəsrrüfatının inkişafına təkan verəcək.

Bağ sahibləri yaradılan şərait və göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.