Maraqlı

Ərdoğan parlamentdə Nizamiyə həsr olunan beyt dedi – VİDEO

Ərdoğan parlamentdə Nizamiyə həsr olunan beyt dedi – Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış edərkən Şərqin böyük şairi Nizami Gəncəviyə həsr edilən beyt səsləndirib.

7times.az-ın məlumatına görə, R.T.Ərdoğan bildirib ki, sadəcə Şuşa, ya da Qarabağ deyil, Azərbaycanın, türk dünyasının hər yeri böyük şairlər və sənətçilər yetişdirib: “Məsələn, bu il Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümüdür. Əsrlər boyunca şairlər onunla yarışmağı və ona çatmağı özlərinə ləyaqət sayıblar. “Avni” təxəllüsü ilə şeirlər yazan Fatih Sultan Mehmetin bir əsərində də eyni məsələyə rastlanır:

“Bu kelam ile Nizami işidürse sözüni,

İlteler sana hased Sa’di vü Selmân bu gice”

Qeyd edək ki, R.T. Ərdoğan daha öncə də çıxışlarında şeirlərə, ədəbiyyat nümunələrinə yer verməsi ilə seçilib.