Manşet

Rayonlara bu şərtlə getmək olar – RƏSMİ AÇIQLAMA

Yollardakı postlar da ləğv olunur.

Rayonlara bu şərtlə getmək olar – RƏSMİ AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rayonlara gediş-gəliş yalnız fərdi nəqliyyat vasitələri ilə , eləcə də taksi xidmətindən istifadə etməklə mümkündür”.

7times.az-ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) şöbə rəisi, polkovnik Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, el arasında “mikroavtobus” adlandırılan, əslində isə 7-8 nəfərlik minik avtomobili olanlar da rayonlara gedib-gələ bilərlər: “Əlbəttə ki, onlar taksi xidməti göstərirlər. Taksi sürücüləri tibbi-metodiki tövsiyələrə uyğun fəaliyyət göstərməlidirlər. Sürücü ilə sərnişin arasında şəffaf arakəsmə mütləq olmalı, sərnişinlərin sayı 2-dən artıq olmamaqla arxa oturacaqdan istifadə edə bilərlər. Avtobusların fəaliyyəti isə şəhər və rayon daxilidir”.

Onun sözlərinə görə, sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu ərazilərdə postların fəaliyyətinə ehtiyac qalmır: “Vəziyyətdən asılı olaraq qərar qəbul olunarsa, postlar yenidən qurula bilər…” pravda.az