Cəmiyyət

DİN 17 yaşlı qızın ana olması ilə bağlı məsələni nəzarətə götürdü – YENİLƏNİB

DİN 17 yaşlı qızın ana olması ilə bağlı məsələni nəzarətə götürdü – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

əbər verdiyimiz kimi, Ağdam rayonunda yaşayan 17 yaşlı qız ana olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan 7times.az-a bildirilib ki, iyunun 23-də Ağdam rayon Quzanlı qəsəbə sakini olan 17 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.

Məlumatla əlaqədar Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.

11:02

Ağdamın rayonunda yaşayan 17 yaşlı qız ana olub.

7times.az xəbər verir ki, rayonun Quzanlı kənd sakini, 2004-cü il təvəllüdlü S.Quliyeva iyunun 23-də hamilə vəziyyətdə Gəncə şəhər doğum evinə gətirilib.

17 yaşlı qızın həmin gün övladı dünyaya gəlib.

S.Quliyevanın 16 yaşı tamam olmadan öncə cinsi əlaqədə olması ilə bağlı Ağdam RPŞ-də araşdırma aparılır.