Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərhum Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması xərclərini öz üzərinə götürüb.
7times.az xəbər verir ki, bunu Report-a açıqılamasında xalq şairinin qızı Yaqut Yaqubova bildirib.
Onun sözlərinə görə, iyulun 1-də ailə ilə əlaqə saxlanılaraq məlumat verilib:
“Bizə deyildi ki, heç nə etməyək, Mehriban xanım bu məsələni üzərinə götürüb. Artıq iş başlayıb”.
Qeyd edək ki, M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə dünyasını dəyişib. O, kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.
Follow @7timesaz