Bu gün Bakının Səbail rayonunda yerləşən Jurnalistlər binasında internet problemi yaşanıb.
7times.az xəbər verir ki, bina sakinlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, gün ərzində sözügedən binada internet şəbəkəsi kəsilib.
Sakinlər mövcud problemlərlə bağlı “AzEurotel”ə müraciət etsələr də, müsbət cavab almadıqlarını bildiriblər.
Follow @7timesaz