Dövlət İmtahan Mərkəzi bu gün SABAH qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsini (test imtahanı) keçirib.
Mərkəzdən 7times.az-a bildirilib ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Xaçmaz və Lənkəranda təşkil olunub.
İmtahan saat 10:00-da başlanıb və 2 saat davam edib.
İmtahanda 1689 tələbənin iştirakı nəzərdə tutulurdu.
İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan olunması nəzərdə tutulur.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 11 imtahan binası, 124 imtahan zalı ayrılıb. İmtahanların idarəolunmasına 11 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri, 163 nəzarətçi-müəllim, 22 buraxılış rejimi əməkdaşı (mühafizə), 11 bina nümayəndəsi ayrılıb.
Follow @7timesaz