Şirvan, Hacıqabul və Bakı şəhərinin üç rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən 7times.az-a verilən məlumata görə, Kür-Bakı magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, eləcə də Şirvan və Hacıqabul şəhərləri, Hacıqabul rayonun magistral kəmərdən qidalanan kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Follow @7timesaz