Cəmiyyət

“Delta”nın əsas əlamətləri – adi soyuqlama kimi başlayır…

“Delta”nın əsas əlamətləri – adi soyuqlama kimi başlayır…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

““Delta” ştammının Britaniya ştammından iki dəfə çox yoluxdurucu olduğu bildirilir. Belə ki, “Delta” ştammına yoluxan şəxs yoluxdurduğu şəxslərin sayı beş-altı nəfərə çatır. Bu isə xəstələnmə hallarını sürətlə artıra bilər”.

7times.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

O bildirib ki, ümumilikdə “Delta” ştammı bütün ölkələrdə dominant deyil:

“Bu ştammın inkubasion dövrü qısadır. Klinik əlamətlərdə bir qədər fərqlər müşahidə olunur. “Delta” ştammı digər respirator virus xəstəliklərinə oxşayır, adi soyuqlama kimi başlayır, baş, boğaz, mədə-bağırsaq ağrıları ilə müşahidə edilir. Ümumilikdə yoluxduqdan bir müddət sonra xəstənin vəziyyəti ağırlaşa bilər, bunun klassik koronavirusdan daha çox ağırlaşma olması yalnız müşahidələrdir. Hələ ki, təsdiqi yoxdur”.

Həkim deyib ki, ümumilikdə peyvənd olunanlar olunmayanlara nisbətən xəstəliyi simptomsuz və yüngül keçirirlər, onların xəstəxanaya yatırılmasına ehtiyac yaranmır.