Cəmiyyət

Beyni zamanla öldürən 5 QİDA – Uşaqlar üçün ən böyük TƏHLÜKƏ

Beyni zamanla öldürən 5 QİDA – Uşaqlar üçün ən böyük TƏHLÜKƏbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər il dünyada demensiya- qocalıq əqli gerilik və alsgeymer xəstələrinin sayı artır.

Buna səbəb beyin neyronlarının zəifləməsi, ölməsi, beynin atrofiyasıdır.

7times.az xəbər verir ki, alimlər hansı qidaların beyni öldürməsi barədə elmi işlərdən birini yekunlaşdırıb.

Eksperimentdə 209 nəfər demensiyalı xəstə, 418 nəfər demensiyası olmayan insanlar iştirak edib. Onların yaş həddi 70-78 arasındaydı.

Xüsusi anketdə hər birinin bu illər ərzində daha çox nə yeməsi və gündəlik menyusu yazılır.

Həkimlər bu insanların orqanizmi və beynin funksiyalarını yoxlayıb.

Məlum olub ki, gəncliyindən yaşlaşana kimi kartof, şirin qidalar, qızarma ət, kolbasa, şirin desertlər, tort, peçenye çox yeyən şəxslərdə əqli geriləmə yüksəkdir və onlarda demensiya olub.

Araşdırma zamanı demensiya xəstələrinin hələ də kartof, qızarma ət, pasta, tort, pirojna daha çox yediyi də aşkar olundu. Onlar sanki bu qidalardan narkotik kimi asılıdırlar.

Əksinə az yeyən, balıq, meyvə, tərəvəz xoşlayan iştirakçılarda isə beynin fəaliyyəti yaxşı olub.

Alimlər demensiyadan qorunmaq üçün illər öncədən yaşıl meyvə, tərəvəz, səbzə, qoz, balıq, giləmeyvə yeməyi tövsiyə edir. Medicina.az