Mingəçevirdə heroin və metamfetamin (patı) satan şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, şəhər sakini Neyman Əmirovdan kağız bükümlərdə heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitəni “Whatsapp” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib. Belə ki, İran vətəndaşının ona göndərdiyi bank hesabına pul yüklədikdən sonra narkotik vasitəni gizlətdiyi ərazinin fotosunu N.Əmirova göndərib.
N.Əmirovun 2 ay öncə başqa bir Mingəçevir şəhər sakininə metamfetamin (patı) satdığı da müəyyən edilib.
Şübhəli bilinən Zaur Mustafayevdən heroin aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Follow @7timesaz