Bakıda şəhidin bank kartından 4 min manata yaxın pul oğurlayan şəxs saxlanılıb.
7Times.az DİN-ə istinadən xəbər verir ki, iyulun 26-da polisə müraciət edən Göyçay rayon sakini Ş.Qafarova cari il fevral ayının 28-də oğlu, şəhid Kənan Qafarovun bank kartından 3960 manat pulun çıxarılaraq oğurlandığını bildirib.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Follow @7timesaz