Ermənistanın ikinci prezidenti Robert Koçaryanın gəlini , müğənni Siruşo Xankəndinə yay tətilinə gəlib.
O tək deyil, ailəsi və dostları ilə məzuniyyətini Qarabağda keçirməyə gəldiyini İnstaqram səhifəsində yazıb.
Siruşo:” Biz bu il də ənənəni pozmadıq və ailəlikcə “Artsaxa” gəldik.Amma, bu dəfə tamam başqa hisslərlə”-yazıb. Müğənni gəlin etiraf edib ki, müharibədən sonra Qarabağa gəlmək çox çətindir, hər adam bura qayıtmaq istəmir, amma bu onun gəlişinə mane olmayıb. “ Biz həmişə gələcəyik”- Siruşo vəd verib.
P.S. Laçın dəhlizi istiqamətindəki dövlət sərhədinə neçə ki, nəzarət etməyəcəyik, hələ çox erməni gəlinlər Xankəndini istirahət yeri biləcək.
Follow @7timesaz