Cəmiyyət

“Şuşaya getmək istəyirəm” — Ayaz Mütəllibov

“Şuşaya getmək istəyirəm” — Ayaz Mütəllibovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov işğaldan azad edilmiş Şuşa şəhərinə səfər etmək arzusundadır.

7times.az bildirir ki, bu barədə Modern.az-a Ayaz Mütəllibovun özü bildirib.

Keçmiş prezident Azərbaycan Ordusunun qələbəsini möhtəşəm qəhrəmanlıq salnaməsi adlandırıb: “Şuşanın, ümumiyyətlə, Qarabağın işğaldan azad olunması Azərbaycan xalqının tarixində çox möhtəşəm qələbədir. Tarixçilər hələ uzun müddət bu zəfər barədə öz araşdırmalarını aparacaq və yazacaqlar. Azərbaycanın igid oğulları, hərbçiləri döyüş şücaəti göstərdilər. Bu, nəinki Azərbaycana, mən deyərdim ki, beynəlxalq aləmin döyüş tarixinə də qızıl hərflərlə yazılmalıdır. Bir daha fürsətdən istifadə edib, şəhid balalarımıza Allahdan rəhmət, əzizlərinə səbr diləyirəm. Yaralı qazilərimizə də tezliklə sağalıb, həyatda öz yerlərini tutmalarını arzu edirəm”.

Ayaz Mütəllibovun fikrincə, Şuşaya gediş-gəlişin təmin edilməsi dövlətimiz və Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasətinin nəticəsidir.Sabiq prezidentin fikrincə, Azərbaycanın azad olunmuş ərazilərinə məhdud səfərlərin təşkili gələcəyə hesablanmış müdrik addımdır: “Diplomatik nümayəndələrin, mədəniyyət xadimlərinin Qarabağa səfərləri beynəlxalq aləmdə bizim mövqeyimizin möhkəmlənməsinə xidmət edəcək. Dünya ictimaiyyəti bir daha bilməlidir ki, Şuşa Azərbaycanındır, onun əzəli və ayrılmaz bir hissəsidir. Şuşanı biz tikmişik və onu uzun müddətli işğaldan sonra geri qaytardıq. İlham Əliyevin Şuşa barəsində, ümumiyyətlə, müharibədən sonra Qarabağa münasibətdə apardığı siyasəti təqdir edirəm. Biz bunun bəhrəsini bir müddət sonra görəcəyik”.

Bundan əlavə, sabiq prezident Şuşa şəhərinin onun üçün də böyük mənəvi əhəmiyyət daşıdığını vurğulayıb: “Yəqin çoxlarına məlum deyil ki, uşaqlığım Şuşada keçib. Hələ çox kiçik ikən, təxminən 4-5 yaşlarında rəhmətlik anam üçüm Cıdır düzündə güllər toplayıb gətirirdim. Buna görə, bu dilbər guşə ilə bağlı çox kövrək xatirələrim var. Təbii, imkan olsa, böyük məmnuniyyətlə gedərdim. Belə bir fürsət yaransa, mütləq Şuşaya gedəcəyəm. Nəinki Şuşaya, həmçinin Ağdama, Laçına və digər bölgələrə də getmək istəyərdim”.