Cəmiyyət

Çox yeməyə rəğmən arıq qalmağın sirri tapıldı

Çox yeməyə rəğmən arıq qalmağın sirri tapıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriya, Kanada və Estoniyadan olan alimlər qrupu bəzi insanların çox yeməsinə baxmayaraq, artıq çəkili olmamasının sirrini tapıb. Bunun səbəbi xüsusi genin mövcudluğu imiş.

7times.az oxu.az-a istinadən bildirir ki, araşdırmaçıların bu tədqiqatının nəticələri “Study Finds” portalında dərc olunub.

Araşdırmada Estoniyadan 47 min könüllü iştirak edib. Alimlər gözəl bədən quruluşu olan insanlarla orta çəkili insanların genlərini müqayisə edib. Məlum olub ki, hər şey anaplastik limfoma kinaz (ALK) geninin səviyyəsindən asılıdır. Genin miqdarı orqanizmdə nə qədər aşağıdırsa, insan o qədər az çəki toplayır.

Bundan əvvəl, bu genin bir sıra onkoloji xəstəliklərdə mutasiya edə biləcəyinə inanılırdı. Onun fizioloji əhəmiyyəti öyrənilməmişdi. Nəticələri yoxlamaq üçün elm adamları laboratoriya siçanlarında ALK-nı “söndürüblər”. Məlum olub ki, bu canlıların rasionu və fiziki fəaliyyətləri dəyişməsə belə, daha çox arıqlayıblar.