Manşet

Azərbaycanda toylar belə keçiriləcək – AÇIQ HAVA, 80 QONAQ….

"Toyların keçirilməsində yeni format tərtib etmək lazımdır".

Azərbaycanda toylar belə keçiriləcək – AÇIQ HAVA, 80 QONAQ….backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bu gündən etibarən qapalı məkanlarda yerində xidmət edilməsinə icazə verilib.

7times.az xəbər verir ki, son günlər ardıcıl yumşaldılmaların olması, toyların keçirilməsinə icazə verilməsi məsələsi gündəmə gəlib.

Bəzi ekspertlər və millət vəkilləri toyların keçirilməsinə icazə verilməsi ilə bağlı fikirlər səsləndirib.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən tibb eksperti Adil Qeybulla bildirib ki, toyların keçirilməsində yeni format tərtib etmək lazımdır:

“Artıq dövr dəyişib, indiki zamanda əgər toylara icazə veriləcəksə, bu, tamamilə başqa formatda olmalıdır. Yəni, əvvəlki kimi toylar ola bilməz. Çünki təcrübə göstərir ki, 500-600 nəfərlik toy karantin şəraitində mümkün deyil. Buna görə də, ilkin mərhələdə açıq havada, daha sonra isə adam sayını 80-100 nəfər etməklə, toyların keçirilməsinə icazə vermək olar.

Lakin hər bir halda əgər toylara icazə verilərsə, mütləq şəkildə ara məsafəsi gözlənilməli, karantin qaydalarına diqqət olunmalıdır”.