Hazırda Azərbaycanda koronavirusa qarşı peyvəndlənmə prosesi gedir. Mütəxəssislər zənn edir ki, peyvəndlənən insanların virusa yoluxma ehtimalı olsa da, onlar xəstəliyi daha yüngül formada keçirəcəklər. Bəs vaksin vurdurmuş şəxslər virusa yoluxanda hansı simptonlar yaranacaq? Peyvənd COViD-19-un əvvəlki əlamətlərini, o cümlədən əzəli ağrıları, ürəkbulanma, ağ ciyərlərin buzlaşması və s. yox edirmi?
7times.az xəbər verir ki, terapevt Rasif Bağırov yenisabah-a peyvəndlənən şəxslərdə də eyni simptonların olacağını bildirib:
“Peyvənd olunandan sonra yoluxanlarda da eyni simptonlar özünü göstərir. 2 ay öncə “Sinovac” vurduran şəxslər var ki, virusa yoluxub və xəstəliyi ağır formada keçirib. Peyvəndlənənlər də xəstəliyə tam yoluxurlar. Peyvənd vurulmamışdan öncə hansı əlamətlər olurdusa, yenə eynisi özünü göstərir”.
Həkimin sözlərinə görə, yeni dalğanın bir əlaməti, az da olsa, fərqlənir: “Əvvəlki iki dalğadan fərqli olaraq, yeni dalğada öskürəyin sayı normadan bir az çoxdur. Demək olar ki, xəstələrin böyük əksəriyyətində çox üzücü öskürəklər olur.
Peyvənd olunandan sonra yoluxanların statistikası hələ dəqiqləşməyib. Ayrı-ayrı həkimlərin bir neçə xəstəsi ola bilər. Lakin ümumi statistika aparılmayıb”.
Rasif Bağırov peyvəndlənən şəxslərin də ölüm risk qrupuna aid olduğunu qeyd edib: “Peyvənd olsa belə, xəstəliyi çox ağır keçirənlər var. Peyvənd olunub yoluxan bir xəstənin ağ ciyərinin 60 faizi yenə də iltihabi prosesə cəlb olunub. Peyvənd olunanla olunmayanın heç bir fərqi yoxdur. Eyni ağırlıqda keçirə bilirlər. Ölüm riski ola bilər”.
Follow @7timesaz