Sosial şəbəkələrdə Lənkəran rayonu ərazisində vətəndaşların, xüsusilə də sürücülərin məcburi qaydada vaksinasiyadan keçirilmək üçün xəstənaya aparılması ilə bağlı məlumatlar yayılıb.
7times.az-ın məlumatına görə, bildirilib ki, onlar polis tərəfindən məcburi şəkildə vaksinasiyaya aparılır.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, Lənkəran rayonu ərasində vaksinasiyadan keçməyən vətəndaşların məcburi qaydada vaksinasiyaya aparılması ilə bağlı iddialar həqiqəti əks etdirmir:
“Polisin bununla bağlı tədbiri olmayıb. Polis əməkdaşları ictimai nəqliyyatda tibbi maskadan istifadə və sosial məsəfənin gözlənilməsi ilə bağlı nəzarət-profilaktiki tədbirlər həyata keçirirlər”.
“Nəzarət-profilaktik tədbirlər çərçivəsində ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür”, – deyə o qeyd edib.
Follow @7timesaz