Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 62 min ailənin 264 min 149 üzvü ünvanlı dövlət sosial yardım alıb.
7times.az yeniavaz-a istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ünvanlı dövlət sosial yardım alan ailələrin sayı 26,7% və ya 22,6 min ailə, ünvanlı dövlət sosial yardım alan şəxslərin sayı isə 25,9% və ya 87 min 638 nəfər azalıb.
Ünvanlı dövlət sosial yardım alanların sayına görə ilk sırada Bakı şəhəri yer alıb. Paytaxtda 24 min 860 nəfər ünvanlı dövlət sosial yardım alıb.
Bakıdan sonra sonra ən çox Lənkəran sakinləri sosial yardım alırlar – 18 min 985 nəfər.
Bundan başqa Masallı rayonunda sosial yardım alanların sayı 17 min 373, Salyan rayonunda isə 10 min 642 nəfər olub.
Sosial yardım alanların sayının az olduğu rayonların ilk sırasında Xankəndi (95 nəfər), Balakən (181 nəfər) və Naftalan (257 nəfər) rayonları yer alıb.
Digər şəhər və rayonlarda isə sosial yardım alanların sayı aşağıdakı kimi olub:
Şəhər və rayonlar | Ünvanlı dövlət sosial yardımı alanların sayı, (nəfər) |
Respublika üzrə – cəmi | 264 149 |
Bakı şəhəri – cəmi | 24 860 |
Xızı rayonu | 498 |
Abşeron rayonu | 3 213 |
Sumqayıt şəhəri | 8 376 |
Gəncə şəhəri | 7 452 |
Qazax rayonu | 2 331 |
Ağstafa rayonu | 690 |
Tovuz rayonu | 8 255 |
Şəmkir rayonu | 2 921 |
Gədəbəy rayonu | 993 |
Daşkəsən rayonu | 1 562 |
Samux rayonu | 1 327 |
Göygöl rayonu | 3 877 |
Goranboy rayonu | 6 265 |
Naftalan şəhəri | 257 |
Balakən rayonu | 181 |
Zaqatala rayonu | 949 |
Qax rayonu | 341 |
Şəki şəhəri | 5 832 |
Oğuz rayonu | 567 |
Qəbələ rayonu | 524 |
Astara rayonu | 2 572 |
Lənkəran şəhəri | 18 985 |
Lerik rayonu | 3 217 |
Yardımlı rayonu | 8 698 |
Masallı rayonu | 17 373 |
Cəlilabad rayonu | 8 975 |
Qusar rayonu | 4 362 |
Xaçmaz rayonu | 5 527 |
Quba rayonu | 4 097 |
Şabran rayonu | 3 736 |
Siyəzən rayonu | 1 601 |
Göyçay rayonu | 494 |
Beyləqan rayonu | 3 872 |
Ağcabədi rayonu | 5 870 |
Bərdə rayonu | 4 552 |
Neftçala rayonu | 2 635 |
Biləsuvar rayonu | 4 531 |
Salyan rayonu | 10 642 |
Yevlax şəhəri | 7 664 |
Mingəçevir şəhəri | 6 175 |
Ağdaş rayonu | 3 601 |
Ucar rayonu | 2 411 |
Kürdəmir rayonu | 1 947 |
İmişli rayonu | 1 689 |
Saatlı rayonu | 2 375 |
Sabirabad rayonu | 2 852 |
Hacıqabul rayonu | 2 280 |
Şirvan şəhəri | 2 863 |
Cəbrayıl rayonu | 1 507 |
Füzuli rayonu | 4 807 |
Ağdam rayonu | 7 056 |
Tərtər rayonu | 1 740 |
Xocalı rayonu | 718 |
Şuşa rayonu | 980 |
Xocavənd rayonu | 467 |
Xankəndi şəhəri | 95 |
Kəlbəcər rayonu | 4 172 |
Laçın rayonu | 4 503 |
Qubadlı rayonu | 884 |
Zəngilan rayonu | 798 |
Qobustan rayonu | 475 |
İsmayıllı rayonu | 670 |
Ağsu rayonu | 1 843 |
Şamaxı rayonu | 4 140 |
Naxçıvan Muxtar Respublikası – cəmi | 2 151 |