Avqustun 12-də Gədəbəy Rayon Polis Şöbəsinə rayonun Böyük Qaramurad kənd sakini, Vətən Müharibəsi Qazisi Rauf İmanov həmkəndliləri Amin, Asim və Aliq İsmayılov qardaşları tərəfindən döyülməsi barədə məlumat daxil olub.
Bu barədə 7times.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Məlumata görə, faktla bağlı RPŞ-də müvafiq araşdırmalar başlanılıb, tibbi ekspertiza təyin edilib. Ekspertiza rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Follow @7timesaz