44 günlük Vətən Müharibəsi zamanı torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canından keçmiş igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri Elyar Vəliyevdir. Canını Vətən uğrunda fəda edərək xalqımıza qələbə yaşadan cəsarətli oğullarımızdan biri olan Elyar Cəbrayıl, Hadrut, Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarla yaddaşlarda qalıb.
7Times.az “Vətən Müharibəsi Qəhrəmanı” ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatı təqdim edir:
Oktyabrın 17-də səngərdə oturanda qəfildən bir erməni əsgərinin qaçdığını görüblər. Elyar ayağa durub və deyib ki, “bu, mənim doğum günü sürprizimdir”. Həmin erməni əsgərin dalınca qaçıb. Bir az keçəndən sonra görüblər ki, üstü qanlı, əlində bıçaq və ratsiya ilə geri qayıdıb. Elyar Cəbrayıl döyüşləri zamanı 40 tapança təhvil vermişdi. Sıravi əsgərdə tapança olmur. Bu, o deməkdir ki, 40 zabiti öldürüb. Bir videosu var. Sonuncu döyüşündən əvvəl çəkilib. Orada deyir ki, ”erməni öldürməyəndə narahat oluram, gərək erməni öldürəm ki, əlimin gicişməsi dayansın”.
Xidmət yoldaşları arasında “Allahsız canavar” ləqəbi ilə çağırılan cəsur döyüşçü ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalına layiq görülüb”.
Follow @7timesaz