Ötən gün, avqustun 25-də Azərbaycan hərbçiləri Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun bir hissəsini bağlayıb.
Ermənistan mətbuatı yazır ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.
“Avqustun 25-də saat 23:00 radələrində Azərbaycan tərəfi Qafan-Gorus dövlətlərarası yolun Dərbənd-Şurnux hissəsini bağlayıb. Yolun açılması, insanların və nəqliyyat vasitələrinin normal hərəkətinin bərpası üçün işlər davam etdirilir”, – deyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı açıqlamada qeyd olunur.//oxu.az
Follow @7timesaz