Vətəndaş cəmiyyəti institutunun nümayəndələri – millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatlarının sədrləri, media qurumlarının rəhbərləri və jurnalistlər Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyevlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıblar.
7times.az-ın məlumatına görə, müraciətdə deyilir:
Hörmətli Cənab Prezident!
Sizə müraciətimiz 02 aprel 2021-ci ildə barəsində AR Cinayət Məcəlləsinin 308.2, 314-2.3 maddələri ilə cinayət işi açılan və həbs edilən Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Vaqif oğlu Quliyevlə bağlıdır.
Rasim Quliyev 1988-93-cü illərdə ictimai-siyasi proseslərdə tələbə hərəkatının liderlərindən biri olaraq qatı Heydər Əliyevçi, eyni zamanda, Milli Məclisdə müzakirəyə çıxarılan “Yaş senzi”nin əleyhinə keçirilən mitinqlərin təşkilatçılarından biri olduğuna görə, dəfələrlə təzyiqlərə, təhdidlərə məruz qalıb. O, 1992-ci ilin dekabrında həbs edilib, siyasi məhbus həyatı yaşayıb və 1993-cü ilin fevralında o dövrkü hakimiyyətə Ulu Ondər Heydər Əliyevin təkidli tələbindən sonra azadlığa buraxılmışdır.
Diqqətinizə çatdıraq ki, Rasim Quliyev 1992-ci ildən Yeni Azərbaycan Partiyasının təşkilatlanmasında iştirak edib və YAP-ın I qurultayından VII qurultayınadək Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü seçilib. 1996-2001-ci illərdə “Səs” qəzetində müxbir, siyasət şöbəsinin müdiri, baş redaktorun müavini, eyni zamanda YAP-ın Mərkəzi Aparatında “Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş” şöbəsində təlimatçı işləyib və siyasi partiyaların Məşvərət Məclisinə YAP-ın təmsilçisi kimi sədrlik edib.
Rasim Quliyev 2000-ci ildə 29 saylı Səbail seçki dairəsinə sədrlik edib. 2001-ci ildən 2018-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə işləyib, 2010-2018-ci illərdə isə həmin qurumun aparat rəhbəri vəzifəsini icra edib. 2015-ci ildə Tərəfinizdən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 2018-ci ildə öz ərizəsi ilə işdən azad olunub və həmin ildən etibarən “Səs” Media Qrupunda “Səs” İnformasiya Agentliyinin baş direktorudur. O, 2018-ci ildə “RESURS” Analitik İnformasiya Mərkəzi İctimai Birliyini təsis edib, 2019-cu ilin aprel ayından isə YAP Mərkəzi Aparatında ideoloji sahədə işləyib. Rasim Quliyev bütün bunlarla yanaşı elmi fəaliyyət də göstərərək, yüzlərlə məqalələrin müəllifidir və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun dissertantıdır, elmi işinin müdafiəsi mərhələsindədir.
Qeyd etmək istəyirik ki, Rasim Quliyev çox imanlı, alicənab, əqidəli, intizamlı bir dövlət məmuru olub, işlədiyi müddətdə yalnız verilən tapşırıqları ləyaqətlə, şərəflə, dəqiq yerinə yetirib və heç vaxt dövlətə xəyanət etməyib. Cəmiyyətdə vətənpərvər ziyalı kimi tanınıb və işlədiyi müddətdə vətəndaş məmnunluğunun təmin olunmasına çalışıb, ictimai rəydə müsbət imic yaradıb. Uzun müddətdir ki, xroniki xəstəliklərdən əziyyət çəkir, hazırda səhhətində ciddi fəsadlar yaranıb, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müalicə müəssisəsinə yerləşdirilib. Himayəsində yaşlı və xəstə anası, azyaşlı məktəbli qızı və 2 azyaşlı nəvəsi var.
Möhtərəm Zati Aliləri!
Həssas, humanist, vətəndaşlara qarşı çox diqqətli və qayğıkeş olduğunuzu nəzərə alıb tanınmış ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri kimi inanırıq ki, Rasim Quliyevin dövlətə və cəmiyyətə bundan sonra da xidmət etməsi üçün növbəti şans verəcəksiniz. Ümid edirik ki, xahişimizi nəzərə alıb, onun barəsində açılmış cinayət işinə obyektiv baxılmasına və bəraət verilməsinə kömək edəcəksiniz.
Hörmətlə:
1.Əflatun Amaşov – Mətbuat Şurasının sədri, əməkdar jurnalist
2. Hikmət Babaoğlu – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili
3.Vüqar Rəhimzadə – “İki sahil” qəzetinin baş redaktoru, əməkdar jurnalist
4.Bəhruz Quliyev – “Səs” qəzetinin baş redaktoru, əməkdar jurnalist
5.Rəşad Məcid – “525-ci qəzet”in baş redaktoru, əməkdar jurnalist
6.Yunis Oğuz – “Olaylar” qəzetinin və İnformasiya Agentliyinin baş redaktoru, əməkdar mədəniyyət işçisi, “Tərəqqi” mükafatı laureatı
7. Akif Aşırlı – “Şərq” qəzetinin baş redaktoru, əməkdar jurnalist
8.Rauf Arifoğlu – “Yeni Müsavat” Media Qrupunun rəhbəri, əməkdar jurnalist
9. Aynur Camalqızı – “Teleqraf” Media Qrupunun rəhbəri, əməkdar jurnalist
10. Aydın Quliyev – “Bakı xəbər” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü
11.Müşfiq Ələsgərli – Mətbuat Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin üzvü
12. Şakir Ağayev – “Novoye Vremya” qəzetinin baş redaktoru, əməkdar jurnalist
13. Afiq Mirzəbəyli – “Reytinq” onlayn qəzetinin baş redaktoru
14. Əvəz Zeynallı – “Xural” qəzetinin təsisçisi və baş redaktoru, “Xural TV” onlayn kanalının təsisçisi
15.Vüsal Məmmədov – “Azvision.az” saytının baş redaktoru, REAL TV-nin analitiki
16. Alqış Musayev – jurnalist, siyasi şərhçi
17. Əli Musa – “Rezonans.az” saytının baş redaktoru
19. Ağamir Behbudov – “Azernews.az” saytının redaktoru
20. Azər Həsrət – əməkdar jurnalist
21. Qabil Şəldiyev – “Cəmiyyət və qanun” qəzetinin baş redaktoru
22. Fariz Quliyev – “Arazmedia.az” xəbər portalının baş redaktoru
23. Hüseyn Əzizoğlu – “Araz” qəzetinin baş redaktoru
24. Rəsafil Bayramov – “Atatv.az” saytının baş redaktoru
25. Səməndər Qurbanov – “Araz” qəzetinin redaktoru
26. Zaur Sarıyev – “Araz Media” qəzetinin redaktor müavini
27. Zaur Qəriboğlu – araşdırmaçı jurnalist, “Reaksiya” İnternet Televiziyasının rəhbəri
28. Rəvan Bağırov – “Resurs” Anailik İnformasiya Mərkəzinin ofis rəhbəri
29. Savalan Talıblı – “Analoq.az” saytının baş redaktoru
30. Elçin Bayramlı – TV Press internet qəzetinin baş redaktoru
31. Lalə Mehralı – jurnalist-sosioloq
32. Naib Niftəliyev – jurnalist-sosioloq
33. Natella Məmmədova – “Araz Media” qəzetinin təsisçisi
34. Rövşən Rəsulov- jurnalist, sosial və siyasi şərhçi, Xəzər TV-nin eksperti
35. Adəm Abbaslı – “Azadinform” Müstəqil İnformasiya Agentliyinin baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin diplomçusu, jurnalist
36. Asəf Novruzov – “Cəmiyyət” Media Qrupunun rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı
37. Vəli Vəlili – “Səs” Media Qrupunun icraçı direktoru
38. Xanlar Xoca – “Yenilik.az” saytının baş redaktoru
39. Cabir Məmməd – “Səs” İnternet Televiziyasının redaktoru
40. Nəzirə Nurullayeva – “The Business Times” qəzetinin baş redaktoru
41. Fadil Paşayev – Konkret.az saytının baş redaktoru
42. Tahir Talıblı – şair-publisist, əməkdar jurnalist
43. Qafar Çaxmaqlı – veteran jurnalist, Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası İctimai Birliyinin sədri, Türkiyənin Ərciyəz Universitetinin müəllimi, professor
44. Akif Cabbarlı – yazıçı-publisist, veteran jurnalist
45. Valeh Mirzə – yazıçı-publisist, veteran jurnalist
46. Cavid İsmayıl – tarix üzrə fəlsəfə doktoru, jurnalist
47. Sahil İskəndərov – politoloq, əməkdar jurnalist
48. İmran Bədirxanlı – jurnalisti-tərcüməçi, ssenarist
49. Səriyyə Müslümqızı – tədqiqatçı jurnalist, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri
50. Rahib Qərib – hərbi jurnalist
51. Ləman İsmayılova (Ələşrəfqızı) – “LAF TV” İnternet Televiziyasının həmtəsisçisi, əməkdar jurnalist
52. Afət Məhərrəmova (Telmanqızı) – “LAF TV” İnternet Televiziyasının həmtəsisçisi, əməkdar jurnalist
53. Əsəd Cahangir – “Azərbaycan” jurnalının baş redaktorunun müavini, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, “Qızıl Kəlmə” mükafatı laureatı
54. Kənan Hacı – jurnalist, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Həsən bəy Zərdabi” mükafatları laureatı
55. Vahid Ömərov – Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
56. Rəşad Mahmudov – millət vəkili
57. Azər Badamov – millət vəkili
58. Fazil Mustafa – Böyük Quruluş Partiyasının başqanı, millət vəkili
59. Razi Nurullayev – Milli Cəbhə Partiyasının sədri, millət vəkili
60. Nemət Pənahlı – Azərbaycan Milli Demokratlar Pariyasının sədri
61. Qulamhüseyn Əlibəyli – Aydınlar Partiyasının sədri
62. Qorxmaz İbrahimli – Aydınlar Partiyasının sədr müavini
63. Abutalıb Səmədov – Azərbaycan Naminə Alyans Partiyasının sədri
64. Fuad Əliyev – Azərbaycan Liberal Demokratik Partiyasının sədri
65. Teyyub Qənioğlu – Azərbaycan Təkamül Partiyasının sədri
66. Fərəc Quliyev – Azərbaycan Dirçəliş Partiyasının sədri
67. Hafiz Hacıyev – Müasir Müsavat Partiyasının sədri
68. Hadı Rəcəbli – siyasi elmlər doktoru, professor
69. Elçin Axundzadə – İslahatlara dəstək İctimai Birliyinin sədri
70. Qabil Hüseynli – politoloq
71. Elxan Şahinoğlu – politoloq
72. Svetlana Bayramova – politoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü
73. Qadir İbrahimli – jurnalist-ekspert, “Güzəran” Sosial araşdırmalar İctimai Birliyinin sədri
74. Emin Mehdi – Mənəvi Dəyərlərin Təbliği Fondunun Baş məsləhətçisi
75. Fatimə Hacıbəyli – jurnalist, “Vəfa” Sosial problemlərin həllinə dəstək İctimai Birliyinin sədri
76. İlham Əliyev – Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri
76. Səməd Vəkilov – “Müvəkkil” Hüquq Mərkəzinin sədri
77. Həsən Qarayev – “Qloballaşma və Milli Həmrəylik” İctimai Birliyinin sədri
78. Könül Quliyeva – “Uşaqların Gələcəyi Naminə” İB-nin sədri, hüquq müdafiəçisi
79. Sevil Yusifova – “Azəri Jurnalist Qadınlar Assosiasiyası”nın rəhbəri
80. Mobil Vəkiloğlu – hüquqşünas, sosial-ekspert
81. Məxluqə Qaramanlı – Əlil Qadınlar Cəmiyyətinin sədri
82. Təhmasib Novruzov – Azadlıq Hərəkatları İB-nin sədri
83. Zülfiyyə Nuriyeva – Sosial İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İB-nin sədri
84. Elvin Talışinski – “Elin səsi” İctimai Birliyinin sədri
85. İradə Abbas – Müharibə Veteranlarının Qadınları İB-nin sədri
86. Rahilə Mehdiyeva – Sosial İqtisadi və Ekoloji İnkişaf İB-nin sədri
87. Elşən Məmmədov – istefada olan polkovnik, əməkdar jurnalist
88. Qismət İsmayılov – Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədr müavini
89. Bəxtiyar Abbasov – YAP Şamaxı rayon təşkilatının sədri
90. Mahirə Əmirhüseynova – “XX Əsrin Qadınları” İB-nin sədri
91. Nəzakət Həsənova – Şəhid ailələrinə maddi və mənəvi dəstək İB-nin sədri
92. Sənan Həsənov – siyasi elmlər üzrə fəlsəfə doktoru
93. Rauf Zeyni – hüquq müdafiəçisi
94.Emin Həsənli – Tərxis olunmuş hərbçi gənclər İB-nin sədri
95. Hacı Hacıyev – Azərbaycan Kommunist Partiyası MK-nın sədri
96. Zaur İbrahimov – “Prioritet” Sosial Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri
97. Elməddin Muradlı – Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri
98. Xalid Kazımov – Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri
99. Ruslan Xəlilov – Jurnalist Təşəbbüslərinin Təşviqi İctimai Birliyinin sədri
100. Seymur Elsevər – sənətşünas-jurnalist
101. Yaşar Əhmədov – Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
Follow @7timesaz