“Sabahdan hansısa ictimai iaşə müəssisəsinin qarşısında polis növbə çəkməyəcək. Günün istənilən saatında qəfil yoxlamalar, reydlər keçiriləcək”.
7times.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev 1 sentyabrdan etibarən qüvvəyə minəcək qərarlarla bağlı suallara aydınlıq gətirərkən bildirib.
DİN rəsmisi deyib ki, yoluxma kəskin artsa da, hökumət sərt qapanmalara getmir:
“Əvəzində vaksinasiya prosesinin sürətlənməsi nəzərdə tutulub. Ona görə də sahibkarlıq subyektləri yalnız COVID-19 pasportu olanların müəssisəyə daxil olmasına icazə verməlidirlər. Buna zidd hal aşkar edilərsə, həmin vətəndaş müəssisədən çıxarılacaq. Obyekt sahibi barədə 211-ci maddənin 1-ci hissəsinə əsasən inzibati tənbeh tədbirləri görüləcək”.
Hacıyev həmçinin deyib ki, COVID-19 pasportu hər iki doza peyvəndi qəbul etmiş şəxslərə verilir:
“Sabahdan etibarən hər iki dozanı qəbul etmiş şəxslərin sərbəst hərəkətinə icazə verilir””.
Follow @7timesaz