Tanınmış radio-aparıcı Əzizə İsmayıl “Antenn 101 Fm”dən ayrılıb.
7times.az bildirir ki, bu barədə jurnalist özü məlumat verib. O, 2 gün əvvəl bu addımı atdığını deyib.
“Heç vaxt inanmazdım ki, 12 il canla-başla işlədiyim sevimli işimin başına dönməkdən, öz istəyimlə, imtina edə bilərəm. Səbəblər çoxdur. Hələlik, tək bircə şey deyə bilərəm: bu qərarı vermək, mənim üçün nə qədər çətin idisə, iki o qədər də qaçılmaz idi”, – deyə Ə.İsmayıl əlavə edib./Sfera.az
Follow @7timesaz