Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın dəyişəcəyi ilə bağlı məlumata uyğun olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Xəzərdə üzən gəmilərinə xəbərdarlıq göndərib.
ASCO-dan 7times.az-a verilən məlumata görə, gəmilərə gözlənilən hava şəraiti ilə əlaqədar qabaqlayıcı təhlükəsizlik tədbirləri görülməsi tapşırılıb:
“Gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun. Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar. Külək gözlənilən tarixlərdə gəmi kapitanları mütləq gəmidə olsunlar və gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər”.
Follow @7timesaz