Cəmiyyət

Azərbaycanda bankın qarşısına vurulan elan müzakirələrə səbəb oldu – FOTO

Azərbaycanda bankın qarşısına vurulan elan müzakirələrə səbəb oldu – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Ağcabədidə Azərbaycan Beynəlxalq Bankının (ABB) qarşısına vurulan elan müzakirələrə səbəb olub.

“COVID-19 əleyhinə peyvənd olunmayan təqaüd, pensiya və ünvanlı sosial yardım alan şəxslərin vəsaiti dayandırılacaq”, – elanda qeyd olunub.

7times.az xəbər verir ki, “Qafqazinfo” məsələ barədə ABB-yə sorğu ünvanlayıb.

Bankdan sorğumuza cavab olaraq bildirilib ki, belə bir tələb yoxdur:

“Bu təşəbbüs Bank tərəfindən olmayıb. Hazırda məsələni aydınlaşdırmağa çalışırıq. Müştərilər hər zamankı qaydada xidmət və məhsullarımızdan yararlana bilərlər”.

Azərbaycanda bankın qarşısına vurulan elan müzakirələrə səbəb oldu - Foto