Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində alıcılara 26 milyard 460 milyon manatlıq məhsul satılıb.
7Times.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, son 8 ayda 14 milyard 346,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard 113,1 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Alıcıların aldıqları mallara xərclədiyi vəsaitin 49 faizi ərzaq məhsullarının, 5,2 faizi içkilər və tütün məmulatlarının, 13,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi avtomobil benzini və dizel yanacağının, 5,3 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 330,3 manatlıq, o cümlədən 179,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,2 manatlıq qeyri-ərzaq malları alıb.Yeniavaz.com