Cəmiyyət

Azərbaycan tərəfinə keçən iki erməninin geri qaytarılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan tərəfinə keçən iki erməninin geri qaytarılması ilə bağlı RƏSMİ AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan tərəfinin iki mülki ermənini geri qaytarması ilə bağlı məlumat yayıb.

7times.az xəbər verir ki, məlumatda 18 sentyabr 2021-ci il tarixdə yolu azaraq, Qubadlı rayonunun Eyvazlı kəndi ərazisindən Azərbaycan tərəfə keçən Ermənistan vətəndaşları, mülki şəxslər – 19.02.1986-cı il təvəllüdlü Akopyan Hakop Zaveni və 05.06.2001-ci il təvəllüdlü Sarkisyan Aram Qraçiqinin Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 19 sentyabr 2021-ci ildə Ermənistana qaytarıldığı bildirilib.