7times.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev deyib.
“Müəyyən dərəcədə qorxudurlar ki, ölkəyə qayıtsanız, sizi narahat edəcəklər. Çalışırlar ki, həmin tələbələri orda evləndirsinlər. İranda dini təhsil alanların əksəriyyəti qayıtmaq istəsələr də, bunu edə bilmirlər. Xaricdə dini təhsil o vaxt bizdə demək olar ki, qadağan idi. Nəinki İranda, eyni zamanda Türkiyədə, Misirdə. O zaman biz belə şərt qoymuşduq, həmin qadağa indiyə qədər qalır. Tələbələrimiz məhz Azərbaycanda dini təhsil almalıdırlar. Onların İranda və ya başqa dövlətdə dini təhsil alması məqbul deyil”.
“Xaricdə təhsil almaq məsələsinin universitet tərəfindən mübadilə yolu ilə baş tutması mümkündür. Biz qonşu ölkələrə dini təhsil alması üçün tələbə göndərmirik. Təbii ki, qanunsuz şəkildə, öz istəklərilə gedən şəxslər də olur – məsələn, Səudiyyə Ərəbistanına, İrana. Dövlət və ya universitet tərəfindən göndərilməyənlər onsuz da burada işlə təmin olunmurlar”./sfera.az/
Follow @7timesaz