Çerkizov bazarının keçmiş sahibi, iş adamı Telman İsmayılovun Monteneqrodakı həyatı barədə yeni detallar üzə çıxıb.
7times.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ötən şənbə günü Podqoritsa Ali Məhkəməsi tərəfindən həbs olunan iş adamı son 3 ili Monteneqroda icarəyə götürdüyü villada yaşayıb.
Yerli hakimiyyət orqanları Rusiyanın İnterpol xətti ilə axtarışa verdiyi Telam nİsmayıllovun ölkədə olmasını bilsələr də, uzun müddət ona qarşı addım atmayıblar. Belə ki, “Praqa” restoranının keçmiş sahibinin yaşadığı villa Monteneqro paytaxtının mərkəzində, polis idarəsi və Daxili İşlər Nazirliyinin bir neçə dəqiqə uzalığında yerləşirdi. Ölkədə olduğu 3 il ərzində iş adamı mühafizəçidən istifadə etmir, açıq həyat yaşayırdı.
Rusiya mediası Telman İsmayılova olan bu özəl münasibətin onun yerli hakimiyyət orqanları ilə dostluq münasibəti qurmasına bağlayır. Məsələn, Monteneqro prezidenti Milo Cukanoviç onun Türkiyədə tikdirdiyi dəbdəbəli “Mardan Palace” mehmanxanasında qonaq olub. Faktla bağlı artıq Çernoqoriya parlamenti prezidentlə rusiyalı iş adamının əlaqələrinin araşdırılmasını tələb edib.
Saxlanılmazdan bir neçə ay öncə, Telman İsmayılov Monteneqro hakimiyyətindən siyasi sığınacaq istəmişdi. Onun müraciətinə noyabrın 12-də baxılmalı idi.
İş adamının vəkili Marina Rusakova müştərsinin siyasi sığınacaq istəməsini bu ilin mayında Moskvada müğənni Avraam Russoya 2006-cı ildə təşkil edilən sui-qəsddə Telman İsmayılovun adının hallanması ilə əlaqələndirir. Digər tərəfdən isə, Rusiya Ali Məhkəməsinin iş adamları Vladimir Savkin və Yuri Brılyevun qətli işində Telman İsmayılovun sifarişçi kimi adının hallandığı proseslə bağlı verdiyi qərar onu Monteneqrodan siyasi sığınacaq istəməyə vadar edib.
Marina Rusakova Telman İsmayılovun barəsində elan olunmuş ittihamları rədd etdiyini və siyasi motivlərlə təqibə məruz qaldığını söyləyir./modern.az/
Xatırladaq ki, Telman İsmayılov 1956-cı ildə Azərbaycanda anadan olub.
Follow @7timesaz