İqtisadiyyat

Brent 3 il sonra ilk dəfə 81 dollardan satılır

Brent 3 il sonra ilk dəfə 81 dollardan satılırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

OPEC + ittifaqının hasilat artımını sürətləndirməmək qərarından sonra dünya bazarında neftin qiyməti artıb.

7times.az xəbər verir ki, Brent markalı neftin qiyməti 2,71% bahalaşaraq bir bareli 81,43 dollardan satılır. Sonuncu dəfə “qara qızıl” 2018-ci ilin oktyabrında 81 dollar olub.

WTI markalı neft isə 2,61% bahalaşma ilə bir barelə görə 77,86 dollar olub.