İqtisadiyyat

İran məhsullarından imtina edilir – Ölkənin iqtisadiyyatı tam çökəcək – ŞOK GƏLİŞMƏ

İran məhsullarından imtina edilir – Ölkənin iqtisadiyyatı tam çökəcək – ŞOK GƏLİŞMƏbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq İraq keyfiyyətsiz olduğu üçün İran avtomobillərindən imtina edib.

Həmçinin, İranın Sənaye, Mədən və Ticarət Nazirliyi ildə bir milyon avtomobil ixrac edəcəyinə söz versə də, İraq İran avtomobillərini keyfiyyətsiz olması səbəbindən qəbul etməməklə İran iqtisadiyyatına ciddi ziyan vurub.

Bununla yanaşı, İran Ticarət Palatası Araşdırma Mərkəzinin yaydığı hesabata görə, axır 10 ildə İranda yoxsulların sayı iki dəfə artıb və daha dörd milyon insan beynəlxalq yoxsulluq həddinə düşüb.

Digər tərəfdən, statistikaya əsasən, İranda təxminən 8 milyon insan orta təbəqədən aşağı təbəqəyə düşüb.

Həmçinin, insanların iqtisadi durumları zəiflədiyindən İranda ikinci əl geyimlərin satışı və alışı kəskin şəkildə artıb.

Bütün bunlar İran iqtisadiyyatının çöküşünə dair sadəcə az sayda olan faktlardır. Analiz edəndə İranın hansı duruma düşməsini təsəvvür etmək elə də çətin deyil. Maraqlıdır, özünə umac ola bilməyən İran, hansı ağılla Ermənistana əriştə kəsməyə çalışır?

Yaxud, Azərbaycanın güclü dövlət olmasından narahat olan İran özündən fərqli olaraq Azərbaycanın inkişaf etməsindən, ya da ərazi bütövlüyünü bərpa edən Azərbaycandan fərqli olaraq parçalanmağı gündəmə gələn İran bəlkə Ermənistandan mədət umur? Axı, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi həm də Güney Azərbaycan üçün stimuldur. İran müharibə dövründə də, post-müharibə dövründə də bunu yaxşı dərk elədi.

İran həm də narahatdır ki, qonşuluğunda Azərbaycanın varlığı həm də Güney azərbaycanlılar üçün milli dövlət qurmaq baxımından örnək ola bilər. Aydındır ki, həm də Güney Azərbaycan faktoru İranı Azərbaycana təzyiq etməyə məcbur edir. Amma İran unutmasın ki, artıq Azərbaycan torpaqları Ermənistanın işğalı altında deyil, İran əvvəlki kimi bundan istifadə edib Azərbaycanla Ermənistanı qarşı-qarşıya qoyaraq vəziyyətə çirkin niyyətlərini həyata keçirə bilmir.

Yaxşı olar ki, iqtisadiyyatı onsuz da güclü olmayan İran Azərbaycan kimi inkişafda olan, hərbi-siyasi qüdrətini artıran ölkə ilə münasibətləri korlamasın. Əks halda bu, elə İranın özü üçün baha başa gələ bilər.//KONKRET.az