Maraqlı

Dərinizi 10 il əvvəlki gəncliyinə qaytarın

Dərinizi 10 il əvvəlki gəncliyinə qaytarınbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İllər əvvəl çəkilən fotolara baxdıqca, “Hanı o vaxtlar” sözünü tez-tez işlədirsiniz? Dərinizin görünüşü hər il keçdikcə daha da yaşlanır. Üz çökür, dəri sallanır, əvvəlki qədər təravətli görünmür.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, dərinin yaşlanmasının qarşısını baxımlarla almaq mümkündür. Bunun üçün hər gün ən az 10 dəqiqə özünüzə vaxt ayırın.

Dərinizi 10 il əvvəlki görünüşünə qaytarmaq üçün bunları edin:

1. Dərini geoloronla zənginləşdirin. Gündüz vaxtlarında tərkibində gioloron olan kremlər çəkin. O, eyni zamanda üzdəki xırda qırışları açacaq, dərinin elastikliyini bərpa edəcək.

2 Göz ətrafına özəl baxımlar edin. Üzdə ən çox qırışan nahiyə məhz gözətrafı olur. İlk növbədə gün ərzində 8 saatdan az yatmamağa çalışın. Axşam yatmazdan əvvəl gözünüzün altına ya kartof dilimi, ya da dəmlənmiş yaşıl çay qoyun. Gözətrafı üçün olan gioloron tərkibli kremlərdən istifadə edin.

3. Gecə baxımını unutmayın. İşdən evə gedəndən sonra üzü gel vasitəsilə yuyun. Bu geli dəri tipinizə uyğun seçin. çalışın daha sonra yaşlanma qarşısını alan krem çəkəsiniz. Üzünüzü gül suyu ilə də silməniz məsləhətdir.

4. Dəri baxım vasitələriniz arasına seriumlar daxil edin. Seriumu dəri tipinizə uyğun seçin. Tərkibi vitaminlərlə zəngin olan seriumlar dərinizi gəncləşirəcək. Əsasən C və E vitaminli vasitələrə üstünlük verməlisiniz.